Türk Hava Yollarından ucuz bilet kampaniyası Dünya

Türk Hava Yollarından ucuz bilet kampaniyası

Türk Hava Yolları səyahət həvəskarları üçün cəlbedici kampaniyaya başlayıb. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6-17 sentyabr 2024-cü il tarixləri arasında Şərqi Avropaya ikitərəfli uçuşlar üçün hər şey daxil biletləri 109 dollardan başlayan qiymətlərlə əldə etmək mümkündür.
Kampaniya çərçivəsində Konstansaya 109 dollardan, Tbilisi, Batumi, Sofiya və Buxarestə 139 dollardan, Budapeşt və Praqa kimi məşhur şəhərlərə isə 159 dollardan başlayan qiymətlərlə uçuşlar təklif olunur.