Türk ordusu PKK-ya qarşı əməliyyat keçirib Dünya

Türk ordusu PKK-ya qarşı əməliyyat keçirib

Türkiyə Milli Müdafiə Nazirliyi terrora qarşı mübarizə ilə bağlı məlumat yayıb. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,
2024-cü il sentyabrın 2-də İraqın şimalındakı Metina, Zap, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçu hədəflərə qarşı həyata keçirilən əməliyyatlarda ilkin məlumatlara görə ən azı 20 terrorçu zərərsizləşdirilib. Bölgədə hədəf qiymətləndirmə işləri davam edir.