Mourinyo Fredə alternativ tapıb Dünya

Mourinyo Fredə alternativ tapıb

Baş məşqçi Joze Mourinyo Fənərbaxçada orta sahədə 8 nömrəli Fredin alternativini tapıb. Xalqcəbhəsi.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fredin zədələndiyi və ya cəzalı olduğu halda, baş məşqçi Joze Mourinyo komanda daxilində bu problemi həll edəcək.
Təcrübəli çalışdırıcı İrfan Can Kahvecini 8 nömrəyə alternativ hesab edir və 8 və ya 10 nömrəli milli futbolçunu yarımmüdafiədə istifadə etməyi planlaşdırır. İrfan Can "Fənərbağça"ya transfer olunduqdan sonra sağ cinahda oynamağa başlayıb. Ötən mövsüm o, sağ cinahda uğurlu oyunu ilə fərqlənib.
31 yanvar 2021-ci ildə "Başakşəhər"dən "Fənərbaxça"ya transfer olunan İrfan Can Kahveci komandanın heyətində 136 matçda 30 qol vurub, 28 məhsuldar ötürmə edib.