“Zəngəzurla bağlı İranın Putinə qarşı demarşı... Dünya

“Zəngəzurla bağlı İranın Putinə qarşı demarşı...

“İranın siyasəti, bəyanatları kimi tez-tez nəticəsiz qalmaqda ittiham olunur”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib: “Buna baxmayaraq, elə məhz bu günlərdə İrəvanla Dehli arasında birbaşa təyyarə reyslərinin açılması və Avropa İttifaqı ilə viza şərtlərinin, münasibətlərin yumşaldılması kimi addımlar atılır. Bu isə göstərir ki, həqiqətən də Qərb və İran, Hindisatan Ermənistan məsələsində əslində müttəfiq kimi fəaliyyət göstərir. Eyni anda məlum olub ki, Rusiya körfəzdə mübahisəli hesab edilən 3 adanın BƏƏ əmirliyinə aid olması ilə bağlı müqavilə bağlayacaq və buna görə Lavrov Riyadda imzalanma mərasiminə qatılacaq. Sözügedən adalarda İranın da gözünün olduğunu nəzərə alsaq, Zəngəzurla bağlı İranın Putinə qarşı demarşı hardasa anlaşılmağa başlayır”.