İranda XİN rəhbərinin müavini nüvə proqramı üzrə xüsusi nümayəndə təyin edilib Dünya

İranda XİN rəhbərinin müavini nüvə proqramı üzrə xüsusi nümayəndə təyin edilib

İranın xarici işlər naziri Abbas Araqçi İranın BMT-dəki (BMT) keçmiş daimi nümayəndəsi Məcid Taxt Rəvançini xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini və ölkənin nüvə proqramı üzrə xüsusi nümayəndəsi təyin edib.

APA xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.
Qeyd edək ki, sabiq xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın mayın 19-da İranda helikopter qəzasında həlak olmasından sonra xarici işlər nazirinin müavini olmuş keçmiş nüvə müzakirəçisi Əli Baqiri də Araqçinin müşaviri təyin edilib.

Xatırladaq ki, 2015-ci ildə İranla Qərb arasında nüvə sazişinin imzalanması zamanı xarici işlər nazirinin müavini kimi danışıqlarda iştirak edən Rəvançi daha sonra 2019-2022-ci illərdə bu ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.