İsrail Xan Yunisdə HƏMAS komandirlərindən ibarət qrupa zərbə endirdiyini açıqlayıb Dünya

İsrail Xan Yunisdə HƏMAS komandirlərindən ibarət qrupa zərbə endirdiyini açıqlayıb

İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində humanitar zonanın ortasında yerləşən qərargahda olan HƏMAS hərəkatının bir qrup yüksək vəzifəli fəalına zərbələr endirib.

APA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Zərbədən əvvəl dəqiq döyüş sursatı və hava müşahidəsi də daxil olmaqla, mülki şəxslərə zərər vurma riskini azaltmaq üçün addımlar atılıb", - deyə məlumatda bildirilir.