Ağ Ev respublikaçıların Əfqanıstandan çəkilməklə bağlı hesabatına münasibət bildirib Dünya

Ağ Ev respublikaçıların Əfqanıstandan çəkilməklə bağlı hesabatına münasibət bildirib

Gündəlik mətbuat brifinqində Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyaları üzrə müşaviri Con Kirbi respublikaçıların ABŞ-ın Əfqanıstandan çıxması ilə bağlı hesabatına münasibət bildirib.

APA xəbər verir ki, Kirbi Əfqanıstandan çəkilmə prosesi ilə bağlı qərarın ABŞ-ın sabiq prezidenti Donald Tramp dövründə verildiyini və həmin dövrün şərtləri ilə başqa bir yolun da olmadığını bildirib.

"Rəhbərlik olaraq biz hamımız buraxdığımız səhvlərə görə məsuliyyəti öz üzərimizə götürdük", - deyən Kirbi geri çəkilmə prosesinin çox yaxşı planlaşdırıldığını, lakin hər planda olduğu kimi bu planda da problemlərin yarandığı fikrini müdafiə edib.

O bildirib ki, o zaman ABŞ-ın Əfqanıstandan çəkilməkdən başqa çarəsi yox idi və ABŞ da həmin situasiyaya uyğun olaraq bunu etdi.