Qərbin Kiyev rejimini silahlandırması ilə bağlı BMT TŞ-nin iclası keçiriləcək Dünya

Qərbin Kiyev rejimini silahlandırması ilə bağlı BMT TŞ-nin iclası keçiriləcək

Sentyabrın 13-də Rusiyanın tələbi ilə Qərb silahlarının Kiyev rejiminə verilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bunu Rusiya Federasiyasının dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

BMT Təhlükəsizlik Şurasında sentyabr “Ukrayna müzakirəsi”nə başlayaq. Sentyabrın 10-da Nyu-York vaxtı ilə saat 15:00-da (Moskva vaxtı ilə 22:00) Ukraynadakı vəziyyətin humanitar aspektləri ilə bağlı qərblilərin tələb etdiyi görüş başlayacaq. Buna cavab olaraq, biz sentyabrın 13-də Nyu-York vaxtı ilə saat 10:00-da (Moskva vaxtı ilə 17:00) Qərb silahlarının
Kiyev rejiminə tədarükü ilə bağlı görüş keçiririk”, - o, Teleqram kanalında yazıb.

Cavid