İsrail qaçqın düşərgəsini bombaladı - 40 ölü, 60  yaralı Dünya

İsrail qaçqın düşərgəsini bombaladı - 40 ölü, 60  yaralı

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunisdəki fələstinli qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 40 nəfər ölüb, 60 nəfər yaralanıb.

Bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, partlayış yerində dağıntıların təmizlənməsi davam edir və qurbanların sayı arta bilər.

Cavid