

11 Mart 22:49
UEFA Millətlər Liqasında İslandiyanı 3-1 məğlub edən Türkiyə qrupdakı ilk qələbəsini qazanıb. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə millisinin futbolçusu Arda Gülər uğurlu çıxışı ilə İspaniya mətbuatının gündəmində yer alıb. İspaniya mətbuatında "Arda Gülərin etdiyi nə dəlilikdir", "Onun dünən gecə etdikləri yalnız seçilmişlər üçündür", "Real Madrid"in türk oyunçusu əla ötürmə edib və milli komandasına hesabı 3:1-ə çatdırmağa imkan verib”,-kimi yazılar yer alıb.