XİN rəhbəri Stoltenberqlə Ukraynanın NATO-ya üzvlüyü məsələsini müzakirə edib Dünya

XİN rəhbəri Stoltenberqlə Ukraynanın NATO-ya üzvlüyü məsələsini müzakirə edib

Ukraynanın yeni təyin olunmuş xarici işlər naziri Andrey Sibiqa ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Andrey Sibiqa “X” platformasındakı paylaşımında bildirib.

“Biz Ukraynaya hərbi yardımın artırılması və davamlı olması, müdafiə istehsalının artırılması və Ukrayna silahlarına investisiyalar qoyulmasını müzakirə etdik. Mən həmçinin bir daha təsdiqlədim ki, Ukrayna NATO-ya üzvlük istiqamətində öz kursunu davam etdirir”, - XİN rəhbəri qeyd edib.