Zəngəzur dəhlizi İranı niyə təşvişə salır? Dünya

Zəngəzur dəhlizi İranı niyə təşvişə salır?

Kifayət qədər mürəkkəb olan çağdaş dünyanın politoloji fikrində “qırmızı xətt” anlayışı artıq ironiya ilə səslənir. Zəngəzur dəhlizi ilə bağlı İran rəsmi dairələri də bu ifadəni tez-tez işlədir. Niyə görə, Zəngəzur dəhlizi Tehranı qorxulu yuxulara qərq edir, təşvişə salır? Gerçəkdənmi bu kəmər işə düşən kimi İran çökəcək, Ermənistan yer üzündən silinəcək? Əsla belə deyil!

Bunu “Xalq Cəbhəsi”nə siyasi ekspert Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, kifayət qədər mürəkkəb olan çağdaş dünyanın politoloji fikrində “qırmızı xətt” anlayışı artıq ironiya ilə səslənir. Zəngəzur dəhlizi ilə bağlı İran rəsmi dairələri də bu ifadəni tez-tez işlədir. Niyə görə, Zəngəzur dəhlizi Tehranı qorxulu yuxulara qərq edir, təşvişə salır? Gerçəkdənmi bu kəmər işə düşən kimi İran çökəcək, Ermənistan yer üzündən silinəcək? Əsla belə deyil: “Əslində Zəngəzur dəhlizi regiona sülh, əməkdaşlıq gətirəcək, Azərbaycanın Naxçıvan bölgəsi ilə birbaşa nəqliyyat əlaqələrini nizamlayacaq. Şərqlə Qərb arasında çox əlverişli yükdaşımaların həcmi və keyfiyyətini artıracaq layihədir. Həmin kəmərin iqtisadi, strateji əhəmiyyəti haqqında yetərincə yazılıb, təhlil olunub. Bu barədə uzun danışmağa ehtiyac yoxdur. Bəs, dünya və həmçinin region üçün strateji mahiyyət kəsb edən layihədən Cənub qonşumuz niyə qorxuya düşür?

Zəngəzur dəhlizi bizim qırmız xəttimizdir deyən İran rəsmilərinin, o cümlədən həmin ölkənin Ermənistandakı erməni sifət səfirinin fikiri heç də beynəlxalq hüquqa ehtiram əlamətindən deyil. Bu daha çox müstəqil, güclü Azərbaycanı qəbul edə bilməmələrindən irəli gəlir. İranda bəzi qüvvələrin türk dünyasına nifrətlərini, qəzəblərini müşahidə edirik. Daxilində erməni sevgisi bəsləyən həmin zümrə türk dövlətləri arasında əməkdaşlığın genişlənməsindən ciddi əndişələnir.

Qənaətimcə, Zəngəzur dəhlizinin açılmasından, Türk dövlətlərinin əməkdaşlığından deyil, daha çox İranda yaşayan 35 milyondan artıq soydaşımızın qəzəbinə düçar olmaqdan əndişələnməyə səbəblər var. Antitürk, anti-Azərbaycan siyasəti həmin o yatmış, gücünü hesablamaq mümkün olmayan 35 milyonluq azərbaycanlının ayağa qalxma ehtimalını artırmış olacaq. Bu da sanksiyalarla üzləşmiş İran üçün yaxşı heç bir perspektiv vəd etmir. Nəhəng layihələrə mane olmaqla vəziyyəti mürəkkəbləşdirmək hazırkı məqamda heç bir region dövlətinə fayda verməz”.

Cavid