Zelenski: Bütün dünya Krım uğrunda mübarizədə Ukraynanın yanındadır Dünya

Zelenski: Bütün dünya Krım uğrunda mübarizədə Ukraynanın yanındadır

“Bütün dünya ümumi amalımız olan Krım uğrunda mübarizədə Ukraynanın yanındadır”.

APA-nın “Unian“a istinadən xəbərinə görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Krım tatarlarının üzləşdiyi faciənin xatirəsinə həsr olunan kompleksin açılışında deyib.

O bildirib ki, Krımın yenidən Ukraynanın tərkibinə qaytarılması ilə ədalət bərpa olunacaq.

“Krım təkcə ərazi yox, həm də bizim qəlbimizin bir parçası, eləcə də eyni dil, mədəniyyət və ənənələrə malik insanların sülh, o cümlədən harmoniya içərisində yaşadığı torpaqdır. Biz təkcə Krımın geri qaytarılması deyil, ədalətin bərpası və bu bölgənin sakinlərinin öz evlərinə qayıtmaq hüququ uğrunda mübarizə aparırıq”, – Zelenski qeyd edib.