"ABŞ öz hərəkətləri ilə Ukraynadakı münaqişəni uzadır" Dünya

"ABŞ öz hərəkətləri ilə Ukraynadakı münaqişəni uzadır"

KXDR Xarici İşlər Nazirliyinin xarici siyasət idarəsinin rəhbəri bildirib ki, ABŞ öz hərəkətləri ilə Ukraynadakı münaqişəni uzadır və Avropada vəziyyəti sabitsizləşdirir.

Diplomatın sözlərini Koreya Mərkəzi Xəbər Agentliyi sitat gətirir.

Bəyanata səbəb ABŞ dövlət katibi Antoni Blinkenin “Rusiya Federasiyası ilə suveren dövlətlər arasında əməkdaşlığı gözdən salan”, bunu Avropa üçün təhlükə adlandıran bəyanatları olub.

“ABŞ dövlət katibi həqiqətlə yalanı qarışdırmaqla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır, lakin heç bir halda vəziyyətin yaranmasının və uzanmasının mənbəyinin ABŞ olduğunu gizlədə və inkar edə bilməyəcək. Ukraynada və Avropada vəziyyətin qeyri-sabitliyin məsuliyyəti birbaşa onun üzərindədir”, - diplomatın bəyanatında deyilir.

Cavid