Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
“Hansı aktorlar ki, milli maraqlar kontekstində siyasət yürüdür, itaətkar müttəfiq olmur ABŞ, Qərb onları həzm edə bilmir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, Qərbin Azərbaycanda "mərc" kəsdiyi fiqurlar, 5-ci kolon sıradan çıxır: “Bu baxımdan yeni qurbanlar axtarışındadır. Məsələ orasındadır ki, bu qurbanlar xaricdən də "xərclənir". Onlardan biri Frank Şvabedir. Keçmiş təcrübənin də göstərdiyi kimi Şvabe də istifadə olunub bir kənara atılacaq. Qərb "insan hüquqları" adı altında uydurduğu, reallıqda isə özünün tətbiq etmədiyi nağıllardan istifadə edərək daxili işlərə qarışır. Bütün dünya Qərbin miqrantlara qarşı alçaldıcı rəftarının şahididir. Qərb dairələrinin bu üsulla davam edəcəyi təqdirdə Azərbaycan Avropa Şurasını tamamilə tərk edə bilər”.