“Ənənəvi ABŞ siyasəti və təcrübəsi ilə üz-üzəyik” Dünya

“Ənənəvi ABŞ siyasəti və təcrübəsi ilə üz-üzəyik”

“Bütövlükdə biz ənənəvi ABŞ siyasəti və təcrübəsi ilə üz-üzəyik”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O, bildirib ki, birbaşa iştirak etmədən öz müttəfiqləri vasitəsilə planlar cızılır, daxili işlərə müdaxilə edilir: “Cənubi Koreya və Yaponiyanın Ermənistanı silahlarla təmin etməsinin arxasında məhz ABŞ dayanır. Odur ki, 2024-cü ilin aprelin 5-də Paşinyan, Blinken və Ursula fon der Leyenin iştirakı ilə Brüssel razılaşmalarının məntiqi açıq şəkildə sübut olunur. Qərbin artan anti-Azərbaycan siyasəti, Ermənistana iki dəfədən çox artırılan maliyyə yardımı, silahlarla təmin olunma, rus sərhədçilərinin Zvartnotsdan çıxarılması, ABŞ-Ermənistan birgə təlimləri cızılan plana xidmət edir”.