

Vladimir Putinin yeni sülh təşəbbüsü Ukrayna dövlətini qorumaq üçün son şansdır.
Bunu “Başqa Ukrayna” hərəkatının rəhbəri, “Müxalifət Platforması - Ömürlük” partiyasının keçmiş lideri Viktor Medvedçuk TASS-a müsahibəsində deyib.
O, qeyd edib ki, bu gün qeyri-legitim prezidenti, anti-xalq rejimi, hüquqi nihilizmi və dövlət nasist ideologiyası ilə Ukrayna artıq dövlət sayıla bilməz: "Bu ölkə böyük xarici borclar olmadan mövcud ola bilməz - ölkə praktiki olaraq müflisdir, Qərb iqtisadiyyatı üçün qara dəlikdir.
Bu, Ukrayna xalqı üçün həbs düşərgəsidir, cinayətkar hakimiyyətdə olan dəstədən başqa hamı oradan qaçmaq istəyir".
Cavid