Nazir: Fransa regionda dayanıqlı sülhə xidmət edəcək müqavilənin imzalanmasını dəstəkləyir Dünya

Nazir: Fransa regionda dayanıqlı sülhə xidmət edəcək müqavilənin imzalanmasını dəstəkləyir

Fransa Ermənistanla Azərbaycan arasında hər iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət, regionda isə ədalətli, eləcə də dayanıqlı sülhə xidmət edəcək müqavilənin tezliklə imzalanmasını dəstəkləyir.

APA-nın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Stefan Sejurne Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib:

“1991-ci ildə imzalanan Almatı bəyannaməsinin məqsədi də məhz bundan ibarət idi. Həmin bu ideya 2022-ci ildə Praqada geniş siyasi ictimaiyyətə təqdim olunmuşdu. Təbii ki, Rusiya tərəfindən Ukraynada yuxarıda bəhs etdiyim vacib prinsiplərin pozulduğu bir vaxtda bu, regionda sülhün əldə olunması son dərəcə vacibdir”.