Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var Dünya

Rusiyada orta məktəbdə insident olub, xəsarət alanlar var

Rusiyanın Çelyabinsk şəhərində orta məktəbdə uşaq çəkiclə sinif yoldaşlarına və müəllimlərinə hücum edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Çelyabinsk vilayəti qubernatoru Aleksey Teksler bildirib.

Onun sözlərinə görə, şagirdlər və müəllimlər arasında yaralananlar var. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları, şəhər meri və Uşaq Hüquqları üzrə Ombudsman hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.