KİV: Netanyahu müdafiə nazirini istefaya göndərməyə hazırlaşır Dünya

KİV: Netanyahu müdafiə nazirini istefaya göndərməyə hazırlaşır

İsrail Baş naziri Benyamin Netanyahu yaxın gələcəkdə müdafiə naziri Yoav Qallantı istefaya göndərməyə hazırlaşır.

APA xəbər verir ki, bu barədə “KAN News” Baş nazirin Ofisindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Netanyahunun tərəfdaşları Qallantı əvəzləmək üçün Milli Birlik Partiyasının sədri Gideon Saarla danışıqlar aparır. Lakin Saar bu iddiaları təkzib edib.

Baş nazirin Ofisi də “Gideon Saarla danışıqlara dair” yayılan xəbərləri yalan adlandırıb.