Rusiya bazalarının Suriyada olmasını istəmirik! - Türkiyə
21 Dekabr 22:29
21 Dekabr 22:29
21 Dekabr 19:20
20 Dekabr 23:20
Türkiyə son illərdə PUA istehsalında əhəmiyyətli irəliləyişlər əldə edib.
Bayraktar TB2 və ANKA kimi PUA-larla həyata keçirilən əməliyyatlar uğurlu alınıb. Bir çox ölkələr Türkiyədən PUA tədarükü üçün növbəyə durur.
ABŞ-da yerləşən bir araşdırma təşkilatının hesabatına görə, son 10 ildə hərbi pilotsuz uçan aparatların satışında böyük artım var. 2022-ci ildə 6 yeni ölkə hərbi pilotsuz uçan aparatlar alıb və bunların hamısı Türkiyədən silahlanmış Bayraktar TB2 pilotsuz təyyarələri olub.
Çinin dron satışları isə 2014-cü ildə zirvəyə çatıb. Amma 2021-ci ildə Türkiyə dünyanın ən böyük təchizatçısı olaraq Çini geridə qoyub. Liviya, Dağlıq Qarabağ və Ukraynadakı döyüş meydanlarında Türkiyə PUA-larının effektivliyi və Türkiyənin tez çatdırılma həyata keçirməsi Türkiyəni hərbi pilotsuz təyyarələr bazarının zirvəsinə yüksəldib.