Çexiyada daşqın nəticəsində ölənlərin sayı artıb Dünya

Çexiyada daşqın nəticəsində ölənlərin sayı artıb

Çexiyada daşqınlar nəticəsində 3 nəfər ölüb, daha 8 nəfər itkin düşmüş hesab olunur.

APA xəbər verir ki, bu barədə Çexiya radiosu məlumat yayıb.

“İndiyədək daşqın nəticəsində üç nəfər ölüb. Bazar günü respublikanın şimal-şərqində Krasovets çayında ölmüş qadın meyiti tapılıb. Bazar ertəsi daha iki kişinin cəsədi tapılıb, onlardan biri su basmış mənzildə olub, 8 nəfərin axtarışları davam edir”, - məlumatda deyilir.