Zimbabve prezidentinin helikopteri havaya qalxdıqdan sonra qəzaya uğrayıb Dünya

Zimbabve prezidentinin helikopteri havaya qalxdıqdan sonra qəzaya uğrayıb

Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın helikopteri havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə ZBC telekanalı Zimbabvenin informasiya naziri Cenfana Musverenin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, Prezident helikopterdə olmayıb, ekipaj sağ qalıb.

İlkin məlumatlara görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Zimbabve Mülki Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.