Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Estoniyanın keçmiş Baş naziri Kaya Kallas noyabrın 1-dən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi vəzifəsinin icrasına başlayacaq.
APA-nın məlumatına görə, bunu canlı yayımda Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen elan edib.
O, daha sonra əlavə edib ki, İspaniya Baş nazirinin müavini, ekoloji keçid və demoqrafik çağırış naziri Tereza Ribera həmin tarixdən Avropa Komissiyasının vitse-prezidenti postuna gətiriləcək.
Avrokomissiya rəhbərinin sözlərinə görə, Ribera əsasən, region daxilində rəqabət məsələləri ilə məşğul olacaq.
Marta Kos isə Avropa İttifaqının genişlənməsi və Ukraynanın bərpası proseslərinə məsul şəxs təyin olunacaq. O, 2017-2020-ci illərdə Sloveniyanın İsveçrədəki səfiri işləyib.
Avropa Komissiyası rəhbərinin sözlərinə görə, artıq yeni təsis olunan müdafiə və təhlükəsizlik məsələləri üzrə komissar vəzifəsini kimin tutacağı da bəlli olub. Bu məsul işin icrası Andrius Kubiliosa həvalə ediləcək.
Qurumun böhran vəziyyətlərinə hazırlıq və böhran vəziyyətlərinin idarəolunması üzrə komissarı postu Belçikanın xarici işlər naziri Hadja Labibə tapşırılacaq.