Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
İsveç 2025-ci il üçün dövlət büdcəsində müdafiə xərclərini 13 milyard kron (1,3 milyard dollar) artıraraq ümumilikdə 138 milyarda çatdırmağı planlaşdırır.
APA “Reuters“ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Pal Conson mətbuat konfransında bildirib.
Conson bildirib ki, hərbi xərclər bu il ÜDM-in 2,2%-dən 2025-ci ildə 2,4%-ə yüksələcək və 2028-ci ildə 2,6%-ə çatacağı proqnozlaşdırılır.
Sağ mərkəzçi hökumət koalisiyasının 2025-ci il üçün büdcə qanun layihəsini sentyabrın 19-da parlamentə təqdim etməsi gözlənilir.