Suriya həbsxanalarındakı qorxunc alətlər - Video
20 Dekabr 23:20
20 Dekabr 23:20
Gürcüstan Parlamenti ölkədə LGBT-nin təbliğatını qadağan edən qanunu qəbul edib.
APA-nın “tabula.ge” saytına istinadən xəbərinə görə, sənədlə bununla bağlı bir sıra məhdudiyyətlər tətbiq olunub.
Belə ki, ölkədə cərrahi müdaxilə nəticəsində cinsin dəyişdirilməsi, eynicinsli şəxslər arasında nikah bağlanması, cinsini dəyişdirmiş şəxsin övladlığa və ya himayəyə götürülməsi, şəxsiyyət vəsiqəsində bu və ya digər şəxsin cinsindən fərqli cins kateqoriyasının göstərilməsi qadağan edilib.
Eyni zamanda eynicinsli nikahların və əməliyyat üsulu ilə insanın cinsinin dəyişdirilməsinin televiziyaların efirində, eləcə də dövri və elektron mətbuatda təbliğinə də rəsmən moratorium tətbiq olunub.