Beyrutdakı partlayışda İran səfiri yaralanıb Dünya

Beyrutdakı partlayışda İran səfiri yaralanıb

Beyrutdakı partlayışda İran səfiri yaralanıb.

APA xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Ətraflı
Xəbərə görə, İran İslam Respublikasının Livandakı səfiri Müctəba Əmani Beyrutda kiberhücum nəticəsində baş vermiş partlayış zamanı yaralanıb.

Qeyd edək ki, Beyrutun Dahiyə məhəlləsində Hizbullah əməliyyatçıları tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində yüzlərlə döyüşçü yaralanıb. Bu bardə “Reuters“ adı açıqlanmayan təhlükəsizlik mənbəsinə istinadən məlumat yayıb. Mənbə əlavə edir ki, qurğular Livanın cənubunda da partlayıb.

Livan Səhiyyə Nazirliyi bütün ölkədə baş verən partlayışlardan sonra insanları rabitə cihazlarından uzaq durmağa çağırıb.

İddialara görə, rabitə qurğuları İsrail tərəfindən partladılıb. Hadisə ilə bağlı İsrail tərəfindən heç bir şərh verilməyib.