Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib Dünya

Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib

KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın "KTMT Ermənistanın suverenliyinə təhlükədir" bəyanatına münasibət bildirərkən deyib.

O, Moskvanın Paşinyanla qəti şəkildə razılaşmadığını söyləyib. Qeyd edib ki, KTMT-dən Ermənistan üçün heç bir təhlükə yoxdur.