Harris gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır Dünya

Harris gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır

ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris gələn həftə ABŞ-a səfəri zamanı Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Səfər zamanı Zelenski Ukraynanın NATO və Avropa İttifaqına üzvlük məsələsini gündəmə gətirə, həmçinin Kiyevə daha müasir silahların daimi tədarükü tələb edə bilər.