Hindistanda binanın çökməsi nəticəsində 4 nəfər ölüb Dünya

Hindistanda binanın çökməsi nəticəsində 4 nəfər ölüb

Hindistanın paytaxtı Dehlidə beşmərtəbəli yaşayış binasının uçması nəticəsində biri uşaq olmaqla 4 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, binanın ən azı 60 yaşı var.

Şəhər rəsmiləri bildiriblər ki, binaya sonuncu baxış zamanı onun təhlükəsiz olduğu müəyyən edilib.