“Dövlətimizin təhlükəsizliyini təhdid etməsi onu göstərir ki...”-Kim Çen İn Dünya

“Dövlətimizin təhlükəsizliyini təhdid etməsi onu göstərir ki...”-Kim Çen İn

Şimali Koreya bəyan edib ki, 4,5 ton ağırlığında böyük döyüş başlığı ilə təchiz edilmiş yeni tipli “Hwasongpho-11-Da-4.5” taktiki ballistik raketi sınaqdan keçirib. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, ölkə lideri Kim Çen İnin nəzarəti altında uğurla sınaqdan keçirildiyi bildirilən raketin effektivliyinin artırıldığı açıqlanıb.
Dünən keçirilən son silah sınağı ilə bağlı Şimali Koreyadan rəsmi açıqlama verilib. Bildirilib ki, sınaq atışları raketin orta 320 kilometr məsafədə vurulma qabiliyyətini və döyüş başlığının partlayıcı gücünü yoxlamaq məqsədi daşıyıb.
Şimali Koreyanın rəsmi mətbuatında yer alan xəbərlərə görə, Kim sınaq nəticələrindən məmnunluğunu ifadə edərək, istehsal edilən silahların performansının davamlı olaraq yaxşılaşdırılmasının ölkəni əhatə edən çətin təhlükəsizlik mühiti ilə birbaşa əlaqəli olduğunu bildirib: “Bölgədəki hərbi və siyasi vəziyyətin dövlətimizin təhlükəsizliyini təhdid etməsi onu göstərir ki, müdafiə qabiliyyəti daim gücləndirilməlidir".