“Bu kiber müharibədir” Dünya

“Bu kiber müharibədir”

“Dünən "peycer terroru" haqda yazdım, amma ənənəvi olaraq bəzi yoldaşlar etiraz etdilər ki, Qərb mediası Mossadın peycerlərə partlayıcı qoyduğunu yazıb. 5 min ədəd peycerə partlayıcı yerləşdirilməsi inandırıcı deyil”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Kənan Rövşənoğlu qetd edib: “Birincisi, bu çox çətin və mürəkkəb prosesdir. İkincisi, 5 min ədəd peycer 5 aydır Livan və İrandadır. Necə oldu ki, idiyə qədər peycerlərden birini bomba detektorlarından biri tutmadı. Bu mümkün deyil, çünki peycerlər daim detektorların yanında olub. 20 və ya az miqdarda partlayıcı mütləq bilinməli idi”.
O, əlavə edib ki, ikinci şübhəli məqam Qərb mediasının dərhal partlayıcı versiyasını qabartması idi: “Nəyə görə tez tələsik partlayıcı və onun qramına qədər bildilər?
Üçüncü məqam dünən axşam Livan və İraqda bu dəfə mobil telefon və simsiz rabitə vasitələrinin (ratsiya) partlaması oldu. Belə çıxır Ayfon telefonlara da partlayıcı yerləşdiriblər. Bu mümkün deyil axı.
Yenə də əsas versiya kənardan idarə olunan partlayış üzərində qalır. Bu kiber müharibədir, sadəcə İsrail hansısa səbəbdən bu qədər gizli və dəhşətli silahından tez istifadə etdi”.