Belqorod üzərində Ukraynaya məxsus PUA vurulub Dünya

Belqorod üzərində Ukraynaya məxsus PUA vurulub

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus pilotsuz uçuş təyyarəni məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 19-da Moskva vaxtı ilə saat 08:50 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Belqorod vilayətinin ərazisində Ukraynanın PUA-sı vurulub" - məlumatda deyilir.

Cavid