Venesuela Baş Prokurorluğu Argentina rəhbərinin həbsinə order verilməsini istəyib Dünya

Venesuela Baş Prokurorluğu Argentina rəhbərinin həbsinə order verilməsini istəyib

Venesuela Baş Prokurorluğunun nümayəndələri Argentina prezidenti Xavyer Maylinin saxlanması üçün order verilməsini istəyib.

Bu açıqlama ilə idarənin rəhbəri Tarek Uilyam Saab çıxış edib.

"Baş Prokurorluq bu mövzuda ixtisaslaşan iki prokurorun təyinatını elan edir”, - çıxışı VTV tərəfindən yayımlanan Saab bildirib.

Baş Prokurorluğun rəhbəri qeyd edib ki, sərəncam təkcə Argentinanın rəhbərinə deyil, həm də onun aparatının baş katibi Karina Mayliyə, eləcə də respublikanın təhlükəsizlik naziri Patrisiya Bullriçə də aid edilməlidir.

Saabın məlumatına görə, Argentina siyasətçiləri oğurluqda, eləcə də külli miqdarda pulların yuyulmasında ittiham olunurlar.

Cavid