KİV: Ukraynada prezident seçkilərinə hazırlıqla bağlı müzakirələr başlayıb Dünya

KİV: Ukraynada prezident seçkilərinə hazırlıqla bağlı müzakirələr başlayıb

“Vladimir Zelenskinin ofisində prezident seçkilərinə hazırlıqla bağlı müzakirələr başlayıb”.

APA-nın xəbərinə görə, bu barədə "Politika stranı" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hakim “Xalqın xidmətçisi” partiyasının sədr müavini Viktor Mikita ərazi təşkilatlarının rəhbərləri ilə müşavirə keçirib.

Qeyd edək ki, bir qədər əvvəl adıçəkilən dövlətin siyasi dairələrində V.Zelenskinin ölkədə seçkini özünün qələbə planını açıqladıqdan sonra elan edəcəyi ilə bağlı ehtimallar səslənib.