ABŞ 4 ölkə arasında əlaqələrin dərinləşməsindən narahatdır Dünya

ABŞ 4 ölkə arasında əlaqələrin dərinləşməsindən narahatdır

ABŞ Rusiya, İran, Çin və Şimali Koreya arasında əlaqələrin dərinləşməsindən narahatdır.

Bu barədə Bloomberg məlumat yayıb.

Nəşrin qeyd etdiyi kimi, Vaşinqton və onun müttəfiqləri Qərbin sərt sanksiyalarına baxmayaraq, bu ölkələrin Amerikanın dünya səhnəsində hökmranlığına meydan oxumaq üçün əməkdaşlığı artırdıqları “sürət və intensivlikdən” narahatdırlar.

"ABŞ-ın təsiri zəifləyir və çox sürətlə zəifləyir. Yüksələn güclər çoxtərəfli məkanda özlərini təsdiq etmək istəyirlər”, - Keniyanın BMT-dəki keçmiş daimi nümayəndəsi və Nyu York Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin rəhbəri Martin Kimani agentliyə bildirib.

ABŞ-ın mövqelərinin zəifləməsinə misal olaraq Bloomberg qeyd edir ki, Vaşinqton İsraili radikal Fələstinin HƏMAS hərəkatı ilə atəşkəsə nail olmağa inandıra bilməyib və ABŞ-ın rəhbərlik etdiyi koalisiya Yəmənin üsyançı Ənsar Allah hərəkatını (Husilər) dayandırmağa məcbur edə bilməyib.

Cavid