KİV: Suriyanın ABŞ hərbi bazası yaxınlığında güclü partlayış baş verib Dünya

KİV: Suriyanın ABŞ hərbi bazası yaxınlığında güclü partlayış baş verib

Suriyanın Əl-Şaddada şəhəri yaxınlığındakı ABŞ hərbi bazası yaxınlığında bir neçə güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbənin ehtimalına görə, ABŞ hərbi bazası raket atəşinə tutula bilər. Ərazidə yerləşən Amerika bölmələrinin yüksək hazırlıq vəziyyətinə gətirildiyi də vurğulanıb.

Bundan əlavə, Suriyanın Deyr əz-Zor əyalətindəki Konoko neft-qaz yatağı yaxınlığındakı Amerika bazasında sirenlər səslənib.