Şri-Lankanın Baş naziri istefa verib Dünya

Şri-Lankanın Baş naziri istefa verib

Şri-Lankanın Baş naziri Dinaş Qunavardena istefa verib.

APA xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti yazıb.

Qeyd edilib ki, Baş nazir prezident seçkilərinin qalibi Anur Kumar Dissanayakeyə istefa məktubu yazıb.

Qunavardena müraciətində yeni hökumətin təyin edilməsi üçün “yer yaratmaq” məqsədilə yeni prezidentin seçilməsi ilə əlaqədar vəzifəsini tərk etdiyini bildirib.