İsrail ordusunun keçmiş komandanı: Quru qüvvələrinin Livana daxil olması mümkündür Dünya

İsrail ordusunun keçmiş komandanı: Quru qüvvələrinin Livana daxil olması mümkündür

"Başqa seçim yoxdur. Biz hər halda təxliyə edilmiş sakinləri öz evlərinə qaytarmalıyıq".

APA xəbər verir ki, “Jerusalem Post"un yaydığı məlumata görə, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah Korpusunun keçmiş komandanı, general-mayor Gershon Hacohen deyib.

O bildirib ki, İsrail ordusunun Livana quru sərhədlərindən daxil olması tamamilə mümkündür.

"İsrail Hizbullahla davamlı döyüşləri nəzərə alaraq buna nail olmaq üçün mübarizə aparır. İsrail anladı ki, indiyə qədər etdiyi hərəkətlər sakinləri evlərinə qaytara bilməz və buna görə də öz mövqeyini dəyişməlidir”, - deyə o, vurğulayıb.