İsrailin Hizbullahın mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb Dünya

İsrailin Hizbullahın mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb

İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb.

Bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

300 nəfərin isə yaralandığı bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu mülki şəxslərə Hizbullahın silah saxlamaq üçün istifadə etdiyi yerlərdən uzaqlaşmaları barədə xəbərdarlıq edib.