İrlandiyanın Baş naziri: İsrailin Livanda ikinci cəbhə açması fəlakətlə nəticələnə bilər Dünya

İrlandiyanın Baş naziri: İsrailin Livanda ikinci cəbhə açması fəlakətlə nəticələnə bilər

İsrailin Livan ərazisinə hava hücumları Yaxın Şərqdə münaqişəni genişləndirmək təhlükəsi yaradır ki, bu da fəlakətlə nəticələnə bilər.

APA bunu İrlandiyanın Baş naziri Saymon Harris CNN telekanalına müsahibəsində bildirib.

“Bu gün biz inanılmaz dərəcədə təhlükəli vəziyyət gördük. Biz mülki şəxslərin də qurbanlara çevrildiyini görürük”, - Baş nazir vurğulayıb.