Bir gecədə Ukraynanın 13 PUA-sı məhv edilib Dünya

Bir gecədə Ukraynanın 13 PUA-sı məhv edilib

Rusiyanın hava hücumundan müdafiə sistemləri (hava hücumundan müdafiə) bir gecədə Belqorod, Bryansk və Kursk vilayətləri üzərində Ukraynaya məxsus 13 PUA-nı məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə edərək terror aktı törətmək cəhdinin qarşısı alınıb, növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 13 pilotsuz uçuş aparatını məhv edib: altı PUA Belqorod vilayətinin, altı Kursk vilayətinin, biri isə Bryansk vilayətinin ərazisi üzərində”, - deyə onlar bildiriblər.

Cavid