Duda: Trampın prezidentliyi dövrü Polşa üçün yaxşı olub Dünya

Duda: Trampın prezidentliyi dövrü Polşa üçün yaxşı olub

Donald Trampın prezidentliyi Polşa üçün yaxşı olub.

APA xəbər verir ki, bu barədə “Polsat” telekanalında ölkə Prezidenti Anjey Duda bildirib.

“Hesab edirəm ki, bu illər Polşa üçün yaxşı illər idi, biz çox vacib məsələləri həll etdik, ən azı Prezident Donald Trampın dəstəyi sayəsində Üç Dəniz Təşəbbüsünün inkişafında çox uğurlu olduq, çox mühüm müqavilələr bağladıq”, - Duda vurğulayıb.