Pezeşkian: İran Haniyənin qətlini cavabsız qoymayacaq Dünya

Pezeşkian: İran Haniyənin qətlini cavabsız qoymayacaq

İran Yaxın Şərqdə sabitliyi pozmağa çalışmır, lakin Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi cavabsız qalmayacaq.

APA ISNA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda jurnalistlərlə açıqlamasında deyib.

Pezeşkianın sözlərinə görə, Haniyənin qətli bütün beynəlxalq hüquq normalarına ziddir.