Zelenski “tarixin ən yaxşı alverçisidir" - Tramp Dünya

Zelenski “tarixin ən yaxşı alverçisidir" - Tramp

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-a hər səfərindən sonra ölkəni milyardlarla dollarla tərk edən “tarixin ən yaxşı alverçisidir” başqa bir şey deyil.

Bu fikri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

"İnanıram ki, Zelenski tarixin ən yaxşı alverçisidir. O, hər dəfə ölkəmizə gələndə 60 milyard dollarla çıxıb gedir”, - Tramp Pensilvaniyada tərəfdarlarının mitinqində deyib.

Respublikaçı əlavə edib ki, Zelenski onlardan maliyyə yardımı aldığı üçün “həqiqətən də demokratların prezidentlik seçkilərində qalib gəlməsini istəyir”. “Mən bunu fərqli edəcəyəm. Əgər seçkidə qalib gəlsəm, ilk işim Zelenskiyə və Rusiya prezidenti Vladimir Putinə zəng edib razılaşmağın vaxtının gəldiyini söyləmək olacaq”, - Tramp deyib.

Cavid