Rusiyanın Ukraynada itkiləri artır Dünya

Rusiyanın Ukraynada itkiləri artır

Ukrayna müharibənin 944-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

"Xalq Cəbhəsi" Ukrayna Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya indiyə qədər 645 150 hərbçi, 8 800 ədəd tank, 17 292 ədəd zirehli döyüş maşını, 18 475 ədəd artilleriya sistemi, 1 198 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 952 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 175 ədəd avtomobil texnikası, 15 764 ədəd PUA, 2 593 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 155 xüsusi avadanlıq itirib.

Cavid