Livan xalqına bir çağırışım var - Netanyahu Dünya

Livan xalqına bir çağırışım var - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu Livan sakinlərini "Hizbullah" ın bazalarını tərk etməyə çağırıb.

Bu haqda İsrail Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

“Livan xalqına bir çağırışım var. İsrail sizinlə yox, "Hizbullah" la müharibə aparır. Çox uzun müddətdir ki, "Hizbullah" sizdən canlı qalxan kimi istifadə edir. O, sizin evinizə və qarajlarınıza raketlər qoydu. Bu raketlər və mərmilər birbaşa şəhərlərimizə və vətəndaşlarımıza yönəlib. Xalqımızı "Hizbullah" hücumlarından qorumaq üçün bu silahları aradan qaldırmalıyıq”, - Netanyahu söyləyib.

Cavid