İsrail ordusu Hizbullah hədəflərinə hava hücumlarının yeni dalğasına başlayıb Dünya

İsrail ordusu Hizbullah hədəflərinə hava hücumlarının yeni dalğasına başlayıb

İsrail ordusu Hizbullah hədəflərinə hava hücumlarının yeni dalğasına başlayıb.

APA xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

İsrail ordusunun Livanın cənubundakı Hizbullah hədəflərinə hava hücumlarının yeni dalğasına başladığı bildirilir.

Qeyd edək ki, sentyabrın 23-də İsrailin Ordusu paytaxt Beyrut daxil olmaqla Livana hava hücumları həyata keçirib. Nəticədə ölənlərin sayı 492-yə çatıb, azı 1645 nəfər xəsarət alıb.