Rusiya ODAB-1500 aviabombası atdı - 40 ölü Dünya

Rusiya ODAB-1500 aviabombası atdı - 40 ölü

Ukrayna Silahlı Qüvvələri Kupyansk ərazisində müvəqqəti dislokasiya məntəqəsinə ODAB-1500 aviabombasının hücumu nəticəsində 40 nəfərə qədər itki verib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Müdafiə Nazirliyi ODAB-1500-dən istifadə edərək operativ-taktiki təyyarənin ekipajının Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin kənd ərazisində müvəqqəti yerləşdirildiyi nöqtəyə endirdiyi hava zərbəsinin görüntülərini dərc edib. Zərbə nəticəsində düşmən 40-a qədər yaraqlısını itirib”, - deyə, onlar əlavə ediblər ki, 5-ə qədər hərbi və xüsusi texnika da məhv edilib.

Cavid