Rusiya son sutkada Ukraynanın itkilərini açıqlayıb Dünya

Rusiya son sutkada  Ukraynanın itkilərini açıqlayıb

Rusiya Müdafiə Nazirliyi bildirir ki, son 24 saat ərzində Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 63 pilotsuz uçan aparatı, 2 HARM antiradar raketi və 3 HIMARS MLRS mərmisini vurub.

"Hava hücumundan müdafiə sistemləri iki HARM anti-radar raketini və üç ABŞ istehsalı olan HIMARS raketini, həmçinin 63 təyyarə tipli pilotsuz uçuş aparatını vurub", - departamentin bəyanatında deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki,
ümumilikdə, xüsusi əməliyyat başlayandan 646 təyyarə, 283 helikopter, 32 187 pilotsuz uçuş aparatı, 579 zenit-raket kompleksi, 18 343 tank və digər zirehli döyüş texnikası, 1458 reaktiv yaylım atəşi sistemi, 15 150 səhra artilleriya qurğusu və minaatan, 26 436 ədəd xüsusi təyinatlı hərbi texnika məhv edilib.

Cavid